Litva Respublikasının Edukalogiya universitetinin və Dillər Mərkəzinin nümayəndələri BDU-da

20/09/2012

Litva Respublikasının Edukalogiya universitetinin prorektoru Rimantas Jelvis və Litva Mədəniyyət və Dillər Mərkəzinin rəhbəri Vilma Vilkayte BDU-da olublar. Qonaqları Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə və Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva qəbul ediblər. Görüşdə ikitərəfli əməkdaşlıq və onun perspektivləri müzakirə olunub. Sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzlərində olub, xoş təəssüratla ayrılıblar.

Qeyd edək ki, edukalogiya təhsil sahəsinin funksiyalarını, inkişafını və təşkil olunmasını tədqiq edən elmdir.

Mətbuat və informasiya şöbəsi, 20 sentyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!