İlin ən yaxşı tələbəsi - VİDEO

24/12/2013

Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu səpkili müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor, eyni zamanda “İlin ən yaxşı tələbəsi” adını qazanan tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib. Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov da çıxış edib. O, öz çıxışında 2013-ci ildə həyata keçirilən tədbirlər barədə məlumat verərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında danışıb.

Sonda rektor Abel Məhərrəmov müsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edib. Qeyd edək ki, bu il 187 tələbə “İlin ən yaxşı tələbəsi” adına laiq görülüb.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 24 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!