KİV rəhbərlərinə "Universitetin dostu" mükafatı təqdim edilib

21/06/2012

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubiley tədbiri və «Universitetin dostu» mükafatının təqdimat mərasimi keçirilib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Həsən bəy Zərdabi redaktoru olduğu “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb.
Jurnalistikanı dünyanın ən təhlükəli, həm də çox şərəfli və məsuliyyətli peşə hesab edən Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin senzuranın ləğv olunması haqqında qərarından, Azərbaycan jurnalistlərinə qayğının çox yüksəldiyi son illərdə jurnalistikanın cəmiyyət arasında mövqeyinin yüksəlməsindən, imicinin qalxmasından da danışıb.
Rektor kütləvi informasiya vasitələrinin Bakı Dövlət Universitetinə olan münasibətindən, universitet haqqında dolğun və davamlı məlumatların respublika ictimaiyyətinə lazımi səviyyədə çatdırılmasında jurnalistlərin xidmətlərindən də danışıb və «Universitetin dostu» mükafatının məhz buna görə təsis edildiyini vurğulayıb. Rektor 10 nəfər KİV rəhbərinin “Universitetin dostu”, bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra «Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik» mövzusunda Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev məruzə ilə çıxış edib.
Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə universitet-mətbuat münasibətlərindən, mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, «Universitetin dostu» mükafatının təsis edilmə zərurətindən bəhs edib.
Sonra «Universitetin dostu» mükafatı təqdim edilib. Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımladığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «Space» Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, «Azad Azərbaycan» Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, «Lider» TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, «Respublika» qəzetinin baş redaktoru Teymur Əhmədov, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Ekspress» qəzetinin baş redaktoru Qəzənfər Bayramov, «Azərbaycan müəllimi» qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Modern.az internet portalının baş redaktoru Elşad Eyvazlı, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu «Universitetin dostu» mükafatına layiq görülüblər.
Fəaliyyət göstərdikləri KİV-də BDU haqqında obyektiv və davamlı yazılarına görə isə «Azərbaycan» qəzetinin Humanitar siyasət şöbəsinin müdiri İradə Əliyeva, «Şərq» qəzetinin baş redaktor müavini Yusif Nəzərli, SalamNews informasiya agentliyinin redaktoru Rəna Əkbərova, Az.TV-nin Xəbərlər redaksiyanın əməkdaşı Elşad Həsənli, Space Televiziyasının «Hər gün» xəbərlər xidmətinin müxbiri Sevinc İsgəndərova, “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini Sarvan İbrahimov, “Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan, Azxəbər.com xəbər portalının baş redaktoru Hacıbəy Heydərli, AzərTAc İnformasiya Agentliyinin əməkdaşı İbrahim Əsədov, «525-ci qəzeti»in əməkdaşı Sevinc Qarayeva, APA İnformasiya Agentliyinin əməkdaşı Sevil Valehova, Trend İnformasiya Agentliyinin əməkdaşı İlhamə İsabalayeva, «Səs» İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərova, Modern.az internet portalının əməkdaşı Nihadə Eyyubova, Lent.az İnformasiya Agentliyinin əməkdaşı Nizam Rza, «Üç nöqtə» qəzetinin əməkdaşı Elməddin Muradlı, «Azadinform» İnformasiya Agentliyinin əməkdaşı Atif Eyvazov, “Qaynar.info” Milli Xəbər portalının baş redaktoru Fərid Şahbazlı, “Elçi” qəzetinin əməkdaşı Natiq Həziquliyev fəxri fərman və hədiyyəyə layiq görülüblər.

Mətbuat və İnformasiya şöbəsi, 20 iyun 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!