Kuba inqilabı öndərinin oğlu Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olub

31/05/2011

Kuba inqilabının öndəri Fidel Kastro Ruzun oğlu, Kuba Respublikası Dövlət Şurasının elmə işlər üzrə məsləhətçisi fizika-riyaziyyat elmləri doktoru  Fidel Kastro Dias-BalartBakı Dövlət Universitetində olub, rektor, akademik Abel Məhərrəmovla görüşüb. O, qeyd edib ki, təmsil etdiyi ölkə təbiət elmləri, xüsusilə bu elmlər üzrə magistrant və doktorantların hazırlanması sahəsində əməkdaşlıqda daha çox maraqlıdır.

Fidel Kastro Dias-Balartın sözlərinə görə, Kuba nanotexnologiyaların öyrənilməsi sahəsində dünya tendensiyalarından kənarda qalmaq istəmir. Kubadan gələn heyət BDU-nun Nano Araşdırmalar Mərkəzi və müxtəlif kafedraların, elmi-tədqiqat laboratoriyalarında olub, xoş təəssüratla ayrılıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 31 may 2011-ci il.

(Material AzerTac, APA, SİA, AzadInform,Trend, Modern.az, Lent.az, rambler.ru, ru.redtram.com, novoteka.ru, ANN.az, 1News.az, Day.az, SalamNews, navigator.az informasiya agentliklərində , xəbər portallarında və "Azərbaycan" , "Komsomolskaya pravda" qəzetlərində də yayımlanıb 31 may - 02 iyun 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!