Koreyanın yeni səfiri BDU-da

19/09/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Çoi Suk İni qəbul edib. Qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov, BDU-nun beynəlxalq aləmə inteqrasiyasından bəhs edib. Universitetdə Koreya dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini deyən rektor, bu işdə Koreyadan dəvət olunmuş müəllimlərlə yanaşı yerli müəllimlərin də xidmətini xüsusi qeyd edib.  Bakı Dövlət Universiteti ilə Koreya universitetləri arasında münasibətlərdən məmnunluq ifadə edən rektor əmin olduğunu bildirib ki, səfir Çoi Suk İn  bu əməkdaşlığın daha da inkişafına öz töhfələrini verəcəkdir. Rektor həmçinin universitetdə bir çox mərkəzlərin fəaliyyət göstərdiyini  diqqətə çatdırıb və bu sırada  Koreya mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Qeyd edib ki, bu  mərkəz Azərbaycan və Koreya arasında əsas körpü rolunu oynaya bilər.

Səfir Çoi Suk İn universitetlə  tanışlıqdan, Koreya dili və ədəbiyyatının tədrisindən razılığını ifadə edib. O, görüşün tərcüməçisi, bu dil üzrə təhsil alan şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Nurlana Məmmədovanın hazırlığını buna nümunə göstərib. Sonda qərara alınıb ki, oktyabrın 12-də səfirlik Koreya dili və ədəbiyyatı üzrə təhsil alan tələbələr arasında natiqlik müsabiqəsi  keçirsin.

Mətbuat və informasiya şöbəsi, 19 sentyabr 2012-ci il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!