Koreyalı torpaqşünas alim BDU-da

22/09/2016

Koreya Seul Milli Universitetinin professoru Hi Yonq Ronun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonaqlara universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib, Koreya universitetləri ilə əməkdaşlıqdan, BDU-da Koreya dili və ədəbiyyatının tədrisindən,  elm və təhsil istiqamətində görülən işlərin daha da genişləndirilməsindən bəhs edib. Rektor ötən il koreyalı alimlərin iştirakı ilə universitetdə keçirilən simpoziumdan, Koreya mərkəzinin fəaliyyətindən də söz açıb.

Professor Hi Yonq Ro, öz növbəsində, BDU-da olmasından məmnunluğunu ifadə edərək dövlətlərarası əlaqələrin qardaşlıq səviyyəsinə qədər inkişaf etməsindən razılığını ifadə edib. Seul Milli Universitetinin kənd təsərrüfatı və biotexnologiya fakültəsində torpaqşünaslıq üzrə dərslər apardığını, torpaqda hərəkətlilik üzrə çoxsaylı araşdırmaların müəllifi olduğunu deyən professor həmin universitetin laboratoriyasında orqanik maddələrin aşkarlanması və onların sertifikatlaşdırılması ilə bağlı işlər gördüyünü də qeyd edib.

Görüş zamanı torpaqşünaslıq, aqrokimya, ekologiya, nanotexnologiya sahəsində əməkdaşlıq, müəllim-tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə edilib.

Sonda qonaq Koreya Mərkəzi, Ekologiya və torpaqşünaslıq fakültəsi, Nanotexnologiya və digər lobarotoriyalarla tanış olub.


Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!