Koreyalı səfir Kim Çanq-Qyun Bakı Dövlət Universitetində olub

17/01/2018

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək universitetin  əlaqələrindən, o cümlədən Koreyanın bir sıra ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıqdan bəhs edib. Rektor universitetin Şərqşünaslıq fakültəsində koreya dili və ədəbiyyatı fənlərinin tədris edildiyini, onlarla mütəxəssis hazırlandığını, ötən müddət ərzində bir çox layihələrin reallaşdırıldığını bildirib. Mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulayan rektor Abel Məhərrəmov səfirə elm, təhsil və mədəniyyət istiqamətində göstərdiyi dəstəyə görə təşəkkür edib.

Səfir Kim Çanq-Qyun, öz növbəsində, bu qocaman ali təhsil ocağında xoş qarşılanmaya görə təşəkkür edərək elm-təhsil sahəsində layihələrin zəruriliyini qeyd edib,Bakı Dövlət Universitetində Koreyanın “Sei Jong” məktəbinin yaradılması, koreya dilinin tədrisinin daha da genişləndirilməsi təklifini irəli sürüb.

Görüşdə BDU-nun nəzdində adıçəkilən məktəbin yaradılması, universitetlərarası müəllim-tələbə mübadiləsinin genişləndirilməsi kimi məsələlər müzakirə edilib.

 

Mətbuat və informasiya şöbəsi, 17 yanvar 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!