Koreya Universitetinin Təqaüd Proqramı

25/12/2015

Koreya Universiteti humanitar, sosial və təbiət elmləri üzrə magistratura və doktorantura təqaüd proqramlarını təklif edir. 
Koreya Universiteti 2015-ci ildə QS World University reytinq cədvəlində 104-cü yerdə yerləşir. Universitet humanitar, sosial elmlər və idarəetmə sahəsində dünyanın ən yaxşı 100 universiteti siyahısına daxildir. KU hazırda dünya səviyyəli tədqiqat universiteti kimi tanınır. 
2015 QS World University fənn reytinqində Kimya Mühəndisliyi üzrə 48, Müasir Dillər üzrə 27 və Biznes və İdarəetmə tədqiqatları üzrə 45-ci yerdədir. KU Times Higher Education Alma Mater İndex: Global Executives 2013 reytinqində 26-cı yerdə yerləşir.
Təqaüdlə maraqlanan tələbələr ətraflı məlumat üçün Bakı Dövlət Universitetinin Beynalxalq layihələr şöbəsinə yaxınlaşmaları xahiş olunur.

Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!