Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri BDU-da

03/03/2016

Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Kim Çanq-gyu Bakı Dövlət Universitetində olub. Öncə şərqşünaslıq fakültəsinin Koreya dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyan səfir sonra rektor, akademik Abel Məhərrəmovla görüşüb. 
Səfirə fəaliyyətində uğurlar arzulayan rektor universitetin tarixi, beynəlxalq əlaqələri, birlik və assosiasiyalardakı işindən danışıb. Universitetdə Koreya dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini deyən rektor, bu işdə Koreyadan dəvət olunmuş müəllimlərlə yanaşı, yerli müəllimlərin xidmətini qeyd edib, Kim Çanq-gyunun bu əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Rektor həmçinin universitetin Koreya Mərkəzinin fəaliyyətindən danışıb və onun Azərbaycanla Koreya arasında körpü rolunu oynadığını qeyd edib. 
Səfir Kim Çanq-Gyu, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və əməkdaşlığın inkişafı üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini diqqətə çatdırıb.

Mətbuat və informasiya şöbəsi, 03 mart 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!