Koreya dili üzrə nitq yarışması keçirilib

13/10/2012

Bakı Dövlət Universitetində tələbələr arasında Koreya dili üzrə II nitq yarışması keçirilib. Tədbiri  giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. Aydın Kazımzadə açıq elan edib. Yarışmada koreya dili və ədəbiyyatı üzrə təhsil alan BDU-nun və Azərbaycan Dillər Universitetinin tələbələri mübarizə aparıblar. Yarışmada Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk İn iştirak edib.

Müsabiqənin sonunda BDU-nun professoru Oktay Cəlilbəyli çıxış edib.

Tədbir konsert proqramı və qaliblərin mükafatlandırılması ilə başa çatıb. Müsabiqə iştirakçılarına tələbə yeməkxanasında Koreya mətbəxinin yeməkləri təqdim olunub.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 13 oktyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!