Kitabxanaçılıq-informasiya fakültəsi qalib oldu

17/03/2015

Bu gün Bakı Dövlət Universitetində həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirilib.

Bütün tədbir iştirakçılarını Novruzbayramımünasibətilətəbrik edənrektorAbel Məhərrəmov Novruzuntarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında danışıb, bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, bərəkətlilik, təbiətin oyanışı kimi xarakterizə edib. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin xüsusiyeri olduğunu deyən rektoruniversitetin17 fakültəsinin ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirib. Bir-birindən gözəl, yüksək zövqlə hazırlanmış və Novruzun bütün atributlarını özündə əks etdirən səhnələrin hər biri ilə ayrı-ayrılıqda tanış olan rektor, fakültə əməkdaşları və tələbələrin tədbirə xüsusi hazırlaşdıqlarını qeyd edib.

17 Novruz səhnəsinə baxışdan sonra münsiflər heyətinin qərarına uyğun olaraq qaliblər müəyyənləşdirilib. Birinci yerə kitabxanaçılıq-informasiya fakültəsi layiq görülüb və fakültəyə 400 manat mükafat verilib.

Digər 16 fakültə 2-ci yeri tutublar və onların hər birinə 300 manat mükafat verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Mətbuat və informasiya şöbəsi, 17 mart 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!