Kitabxana-informasiya təhsilinə həsr edilmiş seminarda amerikalı professor məruzə edib

26/05/2017

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə kitabxana-informasiya təhsilinin müasir problemlərinə həsr edilmiş elmi seminar keçirilib. Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov bu sahədə baş verən yeniliklərdən, bu istiqamətdəki qloballaşmadan  bəhs edib.

Daha sonra  Pensilvaniya Edinboro Universitetinin professoru, Baron Fornes Kitabxanasının Fulbrayt proqramı üzrə məsləhətçisi xanım Dr.Andrea Vayman  “Kitabxanaşünaslıq və informasiya təhsili sahəsində qlobal trendlər, transformasiyalar” mövzusunda məruzə edib.

Azərbaycanda Fulbrayt tədqiqatçısı kimi fəaliyyət göstərən Andrea Vaymanın çıxışından sonra məruzə  ətrafında  çıxışlar dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 26 may 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!