Kimya fakültəsi ingilis bölməsinin SABAH qruplarının Buraxılış Yekun Dövlət Attestasiyası keçirilib

22/06/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kimya ixtisası üzrə SABAH qruplarının ingilis bölməsində təhsil alan tələbələrin Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasının iclasında iştirak edib. AMEA-nın Neft-Kimya  Prosesləri İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Məmmədyarovun sədrliyi ilə keçirilən iclasın sədr müavini, kimya fakültəsinin dekanı, professor Abdülsəid Əzizov, üzvləri isə professorlar – Məlahət Qurbanova, Oqtay Əkbərov, Eldar Əhmədov, İbrahim Məmmədov, Teymur İlyaslı, Ülviyyə Həsənova, Namiq Şıxəliyevdir. Tələbələr Günay İmanzadə “Modifikasiya edilmiş Hammer metodu ilə qrafen-oksidin alınması və onun quruluşunun tədqiqi”, Nəsrin Baxşəliyeva “Sıfır valentli dəmir nanohissəciklərin sintezi, stabilləşdirilməsi və membran texnologiyasında mümkün tətbiqi” mövzularında hazırladıqları buraxılış işlərini təqdim ediblər. Tələbələr işin aktuallığı, məqsəd və vəzifələri, elmi yeniliyi, gəldikləri nəticələr haqqında danışıb, sualları cavablandırıblar.

Komissiya sədri, akademik Məhərrəm Məmmədyarov, rektor, akademik Abel Məhərrəmov buraxılış işləri haqqında müsbət fikirlər səsləndirib, tələbələrin hazırlığından məmnunluqlarını ifadə ediblər.

Sonda komissiya üzvləri işlərin elmi yeniliyini və gəlinmiş nəticələri yüksək qiymətləndiriblər.

Mətbuat və informasiya şöbəsi, 22 iyun 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!