27/02/2017
Fevralın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılıb. “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində keçiriləcək. Tədbirin qonağı BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevadır. Tədbir fevral ayının 28-də saat 16:00-da akt zalında keçiriləcək.
Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq, “Novruz mühazirələri” təşkil edir. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsilin və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı mövzularından bəhs ediblər.
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!