İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib

24/11/2010

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşəbbüsü ilə “İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib. Rektor, akadimik Abel Məhərrəmov türk dünyasının tanınmış şəxsiyyətləri, milli ideologiyanın daşıyıcıları haqqında bu səpkili tədbirlərin keçirilməsini təqdirəlayiq sayıb. Türk dünyasının vahid dili və himninin olmasına toxunan rektor qeyd edib ki, bu, türk dövlətlərinin birgə tədbirlərində iştirakçıların bir-biri ilə daha yaxşı anlaşması baxımından əhəmiyyətlidir.
Akademik Abel Məhərrəmov ortaq türk dilinin BMT-də beynəlxalq dil statusu almasının vacibliyindən də danışıb: “Bu amil türklərin dünyada imkanlarını artıracaq. Necə ki, Avropa İttifaqı mövcuddur, eləcə də Türk Birliyi adlı qurum da yaradılmalıdır. Bu qurum türklərin inteqrasiyasına nail olmalıdır. Yüz ildən çox vaxt keçməsinə baxmayaraq, Əli bəy Hüseynzadənin və Ziya Gökalpın düşüncələrinin, ideyalarının əhəmiyyəti bəlli olur. Türk Birliyi yaradılan zaman bu şəxslərin ideoloji baxışlarından da bəhrələnmək zəruridir”.Professor Tofiq Hacıyev isə bildirib ki, həm Ə.Hüseynzadənin, həm də Z.Gökalpın siyasi fəaliyyəti gənc yaşlarından başlayıb: “Əli bəy Hüseynzadə Qafqazın şeyxülislamı Əhməd Salyaninin nəvəsidir. Onun ailəsi və təmasda olduğu insanlardan aldığı təlim-tərbiyə Əli bəy Hüseynzadənin cəmiyyətdə yüksək səviyyəli ziyalı kimi formalaşmasına səbəb olub. Təsadüfi deyil ki, Atatürk deyirdi mənim iki atam var, biri doğma atam Əlirza, ikincisi isə mənəvi atam Ziya Gökalp. Ziya Gökalp isə türkçülüklə bağlı Əli bəy Hüseynzadəni özünə müəllim sayırdı. Hətta Əli bəy Hüseynzadəyə öz dövründə türklüyün imamı da deyirdilər”.

Simpoziumda professor İzzət Rüstəmov, yazıçı və müğənni Əhməd Şafak da çıxış edib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 24 noyabr 2010-cu il.
(Simpozium APA informasiya agentliyində və “Yeni Azərbaycan” qəzetində də yayımlanıb – 24-25 noyabr 2010-cu il).

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!