Karl adına Praqa Universitetinin rektoru BDU-da olub - VİDEO

08/01/2014

Karl adına Praqa Universitetinin rektoru professor, doktor Vaclav Hamplın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov onlara BDU haqqında ümumi məlumat verib, əsasən beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, Karl adına Praqa Universiteti ilə BDU arasında əlaqələr 1969-cu ildə yaradılıb, əməkdaşlıq 1972-ci ildən 1986-cı illərədək davam edib və 2010-cu ildən bu əlaqələr yenidən bərpa edilib.

Öz növbəsində Karl adına Praqa Universitetinin rektoru Vaclav Hampl təmsil etdiyi universitetdən, əməkdaşlıq məsələlərindən bəhs edib. Məlum olub ki, Avropanın ən qədim universitetlərindən olan bu təhsil ocagı 1348-ci ildə yaradılıb. 300-dən çox ixtisas və ixtisaslaşma üzrə 54 000 tələbənin təhsil aldıgı universitetdə 7 800 əməkdaş çalışır. Təhsil 17 fakültədə aparılır və universitetin nəzdində bir neçə elmi-tədqiqat institutları var. Albert Eynşteyn, Jaroslav Heyrovskiy Frans Kafka, Alois Musil, İosif Fişer və.s bu universitetdə təhsil alıblar.

Qarşılıqlı maraq doğuran görüşün sonunda rektorlar - Abel Məhərrəmov və Vaclav Hampl universitetlərarası əməkdaşlıq razılaşması imzalayıblar. Razılaşma elmi nəşrlərin, məlumatların və tədris materiallarının, müəllim, tədqiqatçı, mühazirəçi və tələbələrin mübadiləsi, elmi simpozium, seminar və konfranslarda iştirak, Avropa Birliyinin qarşılıqlı maraq doğuran layihə və proqramlarında tərəflərin birgə iştirakını nəzərdə tutur.

Mətbuat və informasiya şöbəsi, 08 yanvar 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!