Kaliforniya Dövlət Universitetinin professoru ilə universitetlərarası əməkdaşlıq əlaqələri müzakirə olunub

04/05/2015

Kaliforniya Dövlət Universitetinin Hesablama və maliyyə şöbəsinin professoru Mohamad T. Vaziri və həmin universitetin Davamlı Təhsil Kollecinin dekanı Tatyana Karmanova Bakı Dövlət Universitetində olublar. Görüşdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Beynəlxalq proqramlar şöbəsinin müdiri İsmayılova Elmira, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov görüşdə ediblər. Görüşdə universitetlərarası əməkdaşlıq əlaqələrin genişləndirilməsi, kiber təhlükəsizlik məsələləri, müəllimlər üçün qısa müddətli kursların təşkil olunması, tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi, 04 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!