Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub.Tədbirdə rektor akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, dekanlar, kafedra müdirləri iştirak ediblər. Yüksək zövqlə təmir edilmiş, müasir avadanlıqlarla təmin olunmuş Kadrlar şöbəsinin universitet həyatında mühüm yer tutduğunu deyən rektor Abel Məhərrəmov şöbənin 7 nəfər əməkdaşının böyük bir kollektivə, müəllim, professor və texniki işçilərə xidmət etdiyini, onlara diqqət və qayğıyla yanaşıldığını bildirib.  Akademik  Abel Məhərrəmov ölkəmizin sürətlə inkişaf etməsindən, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb, qloballaşan dünyada informasiya texnologiyalarının tətbiqindən, bunun Azərbaycanda həyata keçirilmə mexanizmlərindən bəhs edib.  Kadrlar şöbəsinə yeni sədr təyinatının olduğunu qeyd edən rektor universitetin bütün qurumlarında olduğu kimi Kadrlar şöbəsində də uğurlu iş prinsipinin qurulmasından bəhs edib. Şöbədə forma və məzmunun birləşdiyini, bunun isə işə təsirsiz ötüşməyəcəyini qeyd edib. Şöbənin yenidən qurulmasında yeni rəis Səadət Namazovanın irəli sürdüyü təkliflərin dəyərləndirildiyini deyən rektor İqtisadi təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlının da əməyini xüsusi qeyd edib.

Bütün kollektiv adından rektor, akademik Abel Məhərrəmova minnətdarlıq edən Kadralar şöbəsinin müdiri Səadət Namazova yeni iş şəraitinin onlara əlavə stimul olacağını bildirib. Açılış mərasimində çıxış edən prorektor Nəbi Ramazanlı da yaradılmış şəraitə görə rektora təşəkkür edib.

Mətbuat və İnformasiya şöbəsi, 13 iyul 2011-ci il.

(Material AzerTac, APA, SIA, Lent.az, Mia.az, Merkez.az, Modern.az, SalamNews, kafkaz.news.info, news.mail.ru, informasiya agentliklərində, xəbər portallarında və "Üçnöqtə", "Səs"  qəzetlərində də yayımlanıb -13-14 iyul 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!