Jurnalistika fakültəsinin tələbələrinə Böyük Britaniya mətbuatı ilə bağlı mühazirə

14/04/2014

Məlum olduğu kimi, ötən ay Paşa Bank, British Council və Böyük Britaniyanın Tomson Fondunun birgə təşkil etdiyi “Biznes Jurnalistika” təlimləri çərçivəsində 12 nəfər jurnalist İngiltərənin paytaxtı London şəhərində olub. Bir həftəlik təlim sosial və yeni media sahəsində bilik və bacarıqların artırılması, BBC, “The Daily Telegraph”, “Financial Times” kimi nəhəng media korporasiyalarında olmaq baxımından son dərəcə yaddaqalan olub. Layhə iştirakçısı, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova bu gün Jurnalistika fakültəsinin 3-cü kurs tələbələrinə Böyük Britaniya mətbuatı ilə bağlı mühazirə oxuyub. Tələbələrin marağına səbəb olan mühazirədə onları maraqlandıran çoxsaylı suallara cavab verilib. Dərsin sonunda çıxış edən kafedra müdiri, professor Həmid Vəliyev maraqlı və məzmunlu çıxışa görə minnətdarlıq edib.

Mətbuat və İnformasiya şöbəsi, 14 aprel 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!