Jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kurslarına start verildi

15/11/2016

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kurslarına start verilib. Fakültənin dekan müavini, dosent Könül Niftəliyeva kursun müəllimlər üçün böyük əhəmiyyət daşıdığını bildirərək təşkilatçılara təşəkkür edib. Qeyd edib ki, ərəb dili kursu Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Bakıya dəvət olunan doktor Əşrəf Əbdülqadir Fərəq Mohamed tərəfindən aparılacaq.

Məqsəd ərəb ölkələrinin kütləvi informasiya vasitələri ilə bağlı tədqiqat aparan fakültə müəllimləri, magistrantları və doktorantlarının dil bacarıqlarını yüksəltmək, onların həmin ölkələrin tarixi, müasir dövrü ilə bağlı vəsaitlərdən istifadə imkanlarını genişləndirməkdir.

Jurnalistika fakültəsində ərəb dili kursunun başlamasından məmnunlugunu bildirən  Əşrəf Əbdülqadir Fərəq Mohamed bu barədə məlumat verib, ərəb dilini qısa müddət ərzində mənimsəməklə bağlı tövsiyələrini bildirib.

Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Jurnalistika fakültəsinin tələbələri üçün də ərəb dili kursları keçirilir.

 

Mətbuat və informasiya şöbəsi, 16 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!