Jurnalistika fakültəsinin dekan müavini beynəlxalq konfransda iştirak edib

26/04/2011

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva 21-22 aprel tarixlərində Sankt-Peterburq Dövlət Universitetinin jurnalistika fakültəsinin təşkil etdiyi “Müasir dövrdə kütləvi informasiya vasitələri” adlı 50-ci beynəlxalq konfransda iştirak edib.

Fakültənin dekanı, professor Anatoli Puyonun açdığı  konfransın plenar iclasında Rusiya Jurnalistlər Birliyinin sədri V.Boqdanov, Dortmund (Almaniya) Texniki Universitetinin Jurnalistika İnstitutunun professoru X.Pettker, Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin professoru B.N.Lozovski və Sankt-Peterburq Dövlət Universitetinin professoru L.Qromova çıxış ediblər.

Konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib. Sankt-Peterburq Dövlət Universitetinin professoru Q.Melnik və Madrid Universitetinin əməkdar professoru L.Q.Kaydanın sədrlik etdikləri “Rusiyanın sosial-mədəni sahəsində media mətn” adlı bölmədə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Azərbaycan rusdilli mətbuatında Azərbaycan söz və ifadələrinin işlənməsi” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda, eyni zamanda, BDU-nun jurnalistika fakültəsinin dosentləri Sabir Məmmədli və Lalə Hacıyevanın, doktorantlardan Arzu Əhmədova, Vəsilə Zeynalova və Ülvinə Fərzəliyevanın məqalələri müzakirə edilərək çapa məsləhət görülüb.

Mətbuat və İnformasiya şöbəsi, 26 aprel 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!