Jurnalistika fakültəsinin müəllimlərinin tədris metodik vəsaitləri dərc edilib

04/04/2014

Jurnalistika fakültəsinin, beynəlxalq jurnalistika kafedrasının müəllimləri, dosentlər  İlham Mazanlı, Vüqar Əliyev və Təranə Mahmudovanın tədris metodik vəsaitləri dərc edilib.

Vüqar Əliyev və Təranə Mahmudovanın müəllifliyi ilə işıq üzü görən “Beynəlxalq informasiya mübadiləsi: forma və metodları” adlı  vəsait Jurnalistika və Pablik Rileyşnz ixtisaslari üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Vəsait beynəlxalq informasiya mübadiləsinin, onun forma və metodlarının araşdırılması, düzgün anlaşılması məsələlərinə həsr olunub.

V.Əliyevin “Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri” adlı vəsaiti isə xaricdə müxbir məntəqələrinin fəaliyyət istiqamətlərinin, iş prinsiplərinin araşdırılması, düzgün anlaşılması məsələlərinə həsr olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Xarici ölkələrin müasir KİV sistemi” adlı vəsait isə İlham Mazanlı və Vüqar Əliyevin müəllifliyi ilə çıxıb. Vəsaitdə xarici ölkələrin müasir KİV sistemi, inkişaf istiqamətləri, oxşar və fərqli xüsusiyyətləri öz əksini tapıb.










Mətbuat və informasiya şöbəsi, 04 aprel 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!