Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin ilk elmi seminarı keçirilib

02/03/2018

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Yeni mediaya keçid: perspektivlər və problemlər” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə universitetin Tədris Metodiki Şurasının sədr müavini, dosent Vaqif Qasımov, fakültə Metodiki Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli, TEC-in fakültə üzrə koordinatoru, dosent Vəfa İsgəndərova, TEC-in sədri Aynurə Vəliyeva, Azərbaycan Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

Əvvəlcə fakültə dekanı, dosent Vüqar Əliyev qonaqları salamlayıb, keçirilən dəyirmi masanın əhəmiyyətindən bəhs edib.

Sonra BDU-nun Jurnalistika fakültəsinin I kurs magistrantı Nurlan Salamov “Cəmiyyətin sosial-siyasi strukturu və sosial medianın təsirləri”, Azərbaycan Dövlət Universitetinin (ADU) ikinci kurs tələbəsi Gülmalı Məmmədov  “Onlayn media” adlı məruzələrlə çıxış ediblər. Mövzular ətrafında çıxışlardan sonra BDU, ADU və Azərbaycan Slavyan Universitetinin  (ASU) Tələbə Elmi Cəmiyyətlərininperspektiv əməkdaşlıqları müzakirə edilib, Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Ən yaxşı elmi məqalə” adlı müsabiqənin keçiriləcəyi barədə məlumat verilib.

Qeyd edək ki, TEC BDU-nun tələbə və magistrantlarının elmə maraqlarını artırmaq, konfranslarda iştiraklarını təmin etmək, yaradıcılıq qabiliyyətlərini ortaya çıxarmaq məqsədilə fəaliyyət göstərir.

Mətbuat və informasiya şöbəsi, 02 mart 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!