Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib

02/03/2015

Bu gün BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib. Konfransın məruzəçiləri - fakültənin dekan müavini, dosent Sevinc Əliyeva “Milli-mənəvi dəyərlərin qoruyub saxlanması və bu məsələdə gənc yazarların rolu”, Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Vüqar Əliyev “Milli-mənəvi dəyərlərin globallaşma şəraitində qoruyub saxlanması və onlara mediada əməl edilməsi problemi”, elmi işçi  Samir Mirzəyev isə “Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyət istiqaməti və mediada təbliğat formaları” mövzularında çıxış ediblər. Məruzələr auditoriya tərərfindən maraqla qarşılanıb, verilən suallar natiqlər tərəfindən cavablandırılıb.

Mətbuat və İnformasiya şöbəsi, 02 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!