Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib

07/05/2013

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Yeni medianın humanitar aspektləri» mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi-praktik konfransı açan fakültənin dekanı, professor Şamil Vəliyev «Ümummilli lider Heydər Əliyev və mətbuat» mövzusunda məruzə edib.

Sonra Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev «Ümid yerimiz, iman yerimiz», professor Yalçın Əlizadə isə «Nəsillərin həyat müəllim» adlı məruzə ediblər.

Professor Nəsir Əhmədli və doktorant Pərvin Səfaqızının çıxışlarından sonra elmi-praktik konfransın materialları yerləşdirilmiş məcmuə iştirakçılara təqdim olunub. 300 səhifədən ibarət olan topluya fakültənin professor-müəllim heyəti, o cümlədən magistrant və doktorantların məqalələri daxil edilib. Məcmuənin redaktoru, fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyevadır.

Redaksiya heyətinə fakültə həmçinin Sankt Peterburq və Zabaykalya Dövlət Universitetləri. Belqorad Milli Araşdırmalar Universitetinin professorları da daxildir.

Mətbuat və İnformasiya şöbəsi, 07 may 2013-cü il.

 


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!