Jurnalistika fakültəsi dördüncü dəfə birinci olub

19/03/2013

Bu  gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ənənəvi Novruz şənliyi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bayram təbriklərini çatdırıb. Bu bayramı birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor, onun tarixi əhəmiyyətindən bəhs edib.

Sonra 17 fakültənin hər birinin böyük zövqlə ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirilib. Rektoru qarşılayan fakültə dekanları və tələbələr hazırladıqları səhnələr haqqında məlumat veriblər. Onların hər birinin işi ilə ayrı-ayrılıqda tanış olan rektor bayramlarını təbrik edib, xoş günlər arzulayıb.

Münsiflər heyətinin seçimilə  qaliblər müəyyənləşib.

Novruz adət -ənənələrinin, simvollarının təqdim olunması ilə bağlı fakültələr arasında  keçirilən bu müsabiqədə Jurnalistika fakültəsi birincilik qazanıb. İkinci yeri iki fakültə – Ekologiya və Torpaqşünaslıq, Hüquq fakültəsi, üçüncü yeri isə Beynəlxalq münasibətlər və iqtisadiyyat, Biologiya fakültələri tutublar.

Digər fakültələrin hamısı dördüncü yerin sahibləri olublar.

Fakültələrin hər birinə pul mükafatı təqdim edilib.

Qeyd edək ki, əvvəlki Novruz tədbirlərində də uğurla iştirak edən Jurnalistika fakültəsinin bu, dördüncü birinciliyidir. Tələbələrin sözlərinə görə,  bu işdə fakültə dekanı, professor Şamil Vəliyevin, dekan müavini Əli Hacıyevin və Tələbə Həmkarlarının xüsusi xidməti var.

Tədbir konsert proqramı ilə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 19 mart 2013-cü il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!