Jurnalistika fakültəsi 3-cü dəfə qalib olub

16/03/2012

Bu gün Bakı Dövlət Universitetində Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirilib.

Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq bu gözəl bayram münasibətilə təbriklərini çatdırıb. Bahar bayramını birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor, onun tarixi əhəmiyyətindən bəhs edib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin günü-gündən inkişaf etdiyini söyləyən rektor, Azərbaycanın reytinqinin ilbəlil artdığından, dünya dövlətləri, beynəlxalq təşkilatlar arasında söz sahibi olmasından danışıb.

Sonra 17 fakültənin hər birinin böyük zövqlə ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirilib. Rektoru qarşılayan fakültə dekanları və tələbələr hazırladıqları səhnələr haqqında məlumat veriblər. Onların hər birinin işi ilə ayrı-ayrılıqda tanış olan rektor bayramlarını təbrik edib, xoş günlər arzulayıb.

Sonda münsiflər heyətinin qərarına uyğun olaraq qaliblər müəyyənləşib.

5 fakültə – Jurnalistika,Kitabxanaçılıq və informasiya, Ekologiya və torpaqşünaslıq, Geologiya və Biologiya fakültələri ən yaxşı, 12 fakültə isə yaxşı hazırlaşanlar kimi yer tutublar. Fakültələrə pul mükafatı təqdim edilib.

5 fakültənin birincisi isə hazırladığı orijinal səhnəyə görə  Jurnalistika fakültəsi olub. Qeyd edək ki, 2010-2011-ci illərdə də bu şənliyin qalibi Jurnalistika fakültəsi olub. Tələbələrin sözlərinə görə,  bu işdə fakültə dekanı Yalçın Əlizadənin, dekan müavini Əli Hacıyevin və Tələbə Həmkarlarının xüsusi xidməti var.

Tədbir konsert proqramı ilə başa çatdı.

Mətbuat vəİnformasiya şöbəsi, 16 mart 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!