“Jurnalist” qəzeti 50 yaşını qeyd etdi

14/10/2016

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalist” qəzetinin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Fakültənin professor-müəllim heyəti, tələbə və məzunlarının iştirak etdiyi yubiley tədbirini giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli adıçəkilən qəzetin tarixindən, hazırkı fəaliyyətindən, tələbələrin jurnalist kimi formalaşmasındakı önəmindən bəhs edərək onu tələbələrin yaradıcılıq auditoriyası kimi dəyərləndirib. Daha sonra “Jurnalist” qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib. Daha sonra isə vaxtilə “Jurnalist” qəzetinin istehsal prosesində yaxından iştirak edən, bu qəzetdə imzaları ilə tanınan İTV-nin əməkdaşı Flora Xəlilzadə, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynov, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Azərbaycan ordusu” qəzetinin müxbiri Lalə Hüseynova, “Ulus” fondunun həmtəsisçisi, hərbi jurnalist Əlisafa Mehdiyev, “Xalq hakimiyyəti” qəzetinin baş redaktoru Dəyanət Səlimxanlı və digərləri xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Professor Həmid Vəliyev və dosent Mahmud Mahmudov da tələbə-tədris qəzetinin peşə vərdişlərinin aşılanmasında böyük əhəmiyyətini qeyd ediblər. Qocaman kadrlarla yanaşı “Jurnalist” qəzetinin yenidən fəaliyyətə başlamasında iştirak edən gənc jurnalistlər də fikirlərini bölüşüb, nəzəri biliklərinin praktikada tətbiq olunması üçün onlara verilən tribunaya görə professor Cahanigir Məmmədli və qəzetin redaktoru, dosent Könül Niftəliyevaya təşəkkür ediblər. Yubiley tədbirinin sonunda "Jurnalist” qəzetinin növbəti sayının çapdan çıxması münasibətilə mətbu orqanın ərsəyə gəlməsində xidmətləri olan tələbələrə qonorar verilib və xatirə şəkli çəkdirilib.

Mətbuat və informasiya şöbəsi, 14 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!