IV kurs tələbəsi Ayşən Sadıqlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məqalə müsabiqəsində I yeri tutub

11/05/2012

Mayın 7-də Azərbaycan Texniki Universitetində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının  89-cu ildönümünə həsr olunmuş tədbiri keçirilib. Tədbiri YAP Yasamal rayon təşkilatının sədri professor Fikrət İsmayılov açıq elan edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün miras qoyduğu böyük uğurlardan danışıb. YAP Yasamal rayonu təşkilatının idarə heyətinin sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş çıxış edib.

Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ümumilli liderin bənzərsiz fəaliyyəti, Yasamal rayonunda abadlıq-quruculuq işləri, BDU THİK-nın sədri Daşqın Qəmbərov isə ulu öndərin gənclər üçün örnək xüsusiyyətlərindən, dahi şəxsiyyətin müasir Azərbaycan üçün əvəzsiz xidmətləri haqqında çıxış ediblər.

Daha sonra YAP Yasamal rayon təşkilatının sədri prof.F.İsmayılov ümummilli liderin anadan olmasının 89-cu ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məqalə müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb.

  1. Məqalə müsabiqəsində münsiflər heyətinin rəyinə əsasən Bakı Dövlət Universiteti Filologiya fakültəsinin IV kurs tələbəsi, Nizami Gəncəvi adına təqaüdçü Sadıqlı Ayşən Əsəd qızı I yeri tutub. A.Sadıqlı Partiyanın ictimai-siyasi həyatında fəal iştirakına və Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Fəxri Fərman və pul mükafatına layiq görülüb.

Prof.F.İsmayılov bildirib ki, müsabiqədə 190-a qədər gənc tələbə iştirak edib və onlar ulu öndər haqqında öz fikirlərini məqalə şəklində yazıblar. Yerlərdə aparılan müzakirələrdən sonra partiya qərargahında təşkil edilmiş münsiflər heyətinə 27 iş təqdim edilib. YAP Yasamal rayon Təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin üzvlərindən ibarət olan münsiflər heyəti tərəfindən həmin işlərdən 7-si mükafata layiq görülüb. O, yer tutan məqalələrin AMEA-nın xəbərlərində dərc ediləcəyini qeyd edib.

Onu da qeyd edək ki, Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Ayşən Sadıqlı 8 məqalənin, “Heydər Əliyev və Azərbaycan dili” adlı kitabın müəllifi, universitetdaxili qrant qalibidir. Respublika fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə III yeri tutmuş, 2010 və 2011-ci illərdə “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülmüşdür. A.Sadıqlı Bakı Dövlət Universitetində hörmətli rektor, akademik Abel Məhərrəmovun daim tələbələrə olan xüsusi diqqətini hiss etdiyini, əldə etdiyi uğurlarda, gənc tələbələrin yaradıcılıq potensialının inkişafı və reallaşması üçün bütün şəraiti yaratmış rektorun və fakültə rəhbərliyinin aktiv fəaliyyətinin böyük rol oynadığını bildirir.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!