Şirməmməd Hüseynovun 85 illik yubileyi qeyd edilib

18/12/2009

Dünən Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 85 yaşı tamam olub. Bu məqsədlə Bakı Dövlət Universitetində yığıncaq keçirilib. Tədbiri açıq elan edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yubiliyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən danışıb: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik. Böyük və maraqlı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib. Şirməmməd Hüseynov Moskva Dövlət Universitetində jurnalistika sahəsində elmlər namizədi adı alan ilk azərbaycanlıdır. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Şirməmməd Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töfhə vermiş şəxsiyyətlərdəndir. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında onun adı ön cərgədə çəkilir”. Yubilyar Fəxri fərman və Elmi Şuranın qərarı ilə xüsusi medalla təltif edilib. Kəmalə TOFİQQIZI Şirməmməd Hüseynovun 85 illik yubileyi qeyd edilib Dünən Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 85 yaşı tamam olub. Bu məqsədlə Bakı Dövlət Universitetində yığıncaq keçirilib. Tədbiri açıq elan edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yubiliyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən danışıb: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik. Böyük və maraqlı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib. Şirməmməd Hüseynov Moskva Dövlət Universitetində jurnalistika sahəsində elmlər namizədi adı alan ilk azərbaycanlıdır. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Şirməmməd Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töfhə vermiş şəxsiyyətlərdəndir. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında onun adı ön cərgədə çəkilir”. Yubilyar Fəxri fərman və Elmi Şuranın qərarı ilə xüsusi medalla təltif edilib.

Kəmalə TOFİQQIZI
“525-ci qəzet”, 18 dekabr 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!