Çinin səfiri Vey Cinxua BDU-da olub

07/02/2017

Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin ən tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu bildirib. 2004-cü ildə Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisası üzrə 8 buraxılışın olduğunu deyən rektor, həmin ixtisası bitirən 60 məzunun əksəriyyətinin Çin Təhsil Nazirliyinin Hanban Baş İdarəsinin qrant xətti ilə müxtəlif universitetlərdə təcrübə keçdiyini, bir neçə məzunun isə Çinin aparıcı təhsil ocaqlarının doktorantura pilləsində təhsillərini davam etdirdiyini bildirib. Rektor 2011-ci ildən BDU-nun nəzdində yaradılan Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzinin uğurlu fəaliyyət göstərdiyini də diqqətə çatdırıb, səfirliyinin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq “Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini də yüksək dəyərləndirib.

Səfir Vey Cinxua, öz növbəsində, universitetlə əyani tanışlığın onda yüksək təəssürat yaratdığını söyləyib və elm-təhsil sahəsində görülən işlərin əhəmiyyətindən danışıb. Universitetlərarası müəllim-tələbə mübadiləsini, mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab etdiyini deyən səfir Vey Cinxua gələcək əməkdaşlığa dəstək  olacaqlarını bildirib.

Mətbuat və informasiya şöbəsi, 07 fevral 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!