Çingiz Abdullayev biologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüşüb

22/11/2012

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist Çingiz Abdullayev Bakı Dövlət Universitetinin biologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Tədbirdə çıxış edən biologiya fakültəsinin dekanı, professor Akif Quliyev bu görüşün məhz biologiya fakültəsinin tələbələri ilə keçirilməsində Çingiz Abdullayevə xüsusi minnətdarlığını bildirib. Xalq yazıçısı özünə doğma hesab etdiyi Bakı Dövlət Universitetinin tələbələri ilə yazıçı karyerası haqqında danışıb.

Azərbaycanda kitab oxuyanların sayının az olduğundan gileylənən Çingiz Abdullayev tələbələrə daha çox kitab oxumağı tövsiyyə edib. Daha sonra görkəmli yazıçı biologiya fakültəsinin tələbə - oxucularının onları maraqlandıran suallarını da cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 22  noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!