"IN club"un və Xəzər İntellektual Gənclər klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” oyunu üzrə İntellekt Marafonu Festivalının seçim turu təşkil olunub

18/11/2015

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının nəzdində yenicə fəaliyyətə başlayan  "IN club"un və Xəzər İntellektual Gənclər klubunun təşkilatçılığı ilə  "Nə?  Harada? Nə zaman?”  oyunu üzrə İntellekt Marafonu Festivalının seçim turu təşkil olunub.

İntellekt Marafonu Festivalının seçim turunu giriş sözü ilə açan BDU Tələbə Həmkarlar İttifaqının sədri Daşqın Qənbərov qeyd edib ki,  rəhbəri olduğu təşkilat həmişə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirir. O bildirib ki, intellektual oyunlar da onlardan biridir.  Artıq ənənə halını alan yarış gələcəkdə də keçiriləcək . Xəzər İntellektual Gənclər klubunun sədri SeymurTeymurovun sözlərinə görə, seçim turunun  BDU-da  təşkil olunması heç də təsadüfi deyil. Azərbaycan dilində təşkil olunan ilk intellektual oyunlar, Xəzər İntellektual Klubu məhz BDU-da  yaradılıb və bütün ölkəyə buradan yayılıb. Seçim turunda Bakı Dövlət Universitetinin tələbələri ilə yanaşı digər ali  təhsil ocaqlarının  tələbələri də iştirak edib. Seçim turunda ilk yerləri tutan komandalar Festivalın final mərhələsinə vəsiqə qazanıb.

Mətbuat və informasiya şöbəsi, 18 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!