“Çin çay mərasimi” BDU tələbəsinə birincilik qazandırdı

04/06/2015

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Katana Qafarova 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin ilk dəfə Azərbaycan üzrə keçirilən mərhələsinin yekun turunda birinci yerə layiq görülüb.

Katana Qafarova “Çin çay mərasimi” mövzusunda çıxışı ilə yuxarı kurslar üzrə birinci yerə layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, qalib iyul ayında Çinə 10 günlük  səfər edəcək və müsabiqənin yarımfinalında iştirak edəcək. Müsabiqənin bu mərhələsinə dünyanın təxminən 100 ölkəsindən 1000-ə qədər iddiaçı tələbə qatılacaq. Pekində Katana Qafarovanı  müsabiqənin yarımfinal  mərhələsinə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən olan müəllimi hazırlayacaq. Katana Qafarov yarımfinalda uğurla çıxış etsə, o daha bir ay müddətinə Çində qalacaq və ölkəmizi müsabiqənin finalında təmsil edəcək.

Mətbuat və informasiya şöbəsi, 4 iyun 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!