III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı

16/04/2015

Bu gün Bakı Dövlət Universitetində mayın 18-19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı keçirilib. Ölkəmizin mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq diyarı kimi tanınması, bununla əlaqaədar müvafiq beynəlxalq imicinin formalaşmasına yönəldilmiş işlərin miqyasının genişləndirilməsi və bu sahəyə respublika elmi ictimaiyyətinin səfərbər olunması məqsədilə keçirilən tədbiri universitetin Elm və innovasiyalar üzrəprorektoru, professor Aydın Kazımzadə açıb. Azərbaycan hökumətinin sözügedən istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən Aydın Kazımzadə  universitetin pedaqoji kollektivinin, bütün elmi potensialının Azərbaycanın tanıdılması və nüfuzunun artırılmasına xidmət edən forumun uğurla həyata keçirilməsində yaxından iştirak etməyə hazır olduğunu vurğulayıb.

MədəniyyətvəTurizmNazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev  qarşıda duran strateji hədəflər haqqında məlumatveriblər. Qeydedilibki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən Bakı Prosesi və 2011-ci ildən ev sahibliyi etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları ölkəmizidünya mədəniyyətləri və xalqları arasında multikultural ənənələrə sahib olan ölkə kimitəsdiqedib. BelətədbirlərAzərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz əhəmiyyətə malikdir və ölkəmizə qarşı ikili standartlar münasibətinə qarşı effektiv silahdır.

Forum işini maraqlı diskussiyalarla yekunlaşdırıb.

Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!