İDEA Kampaniyası BDU-da təqdimat merasimi keçirib

23/10/2012

Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı layihələr həyata keçirən İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası bu gün Bakı Dövlət Universitetində (BDU) təqdimat merasimi keçirib. Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri iştirak edib. Tədbiri fakültənin dekanı, kimya elmləri namizədi, dosent Nazim Şamilov açıb, sonra sözü IDEA-nın insan resursları üzrə mütəxəssis Fidan Quliyeva verib. F.Quliyevanın sözlərinə görə, IDEA-nın əsas məqsəd planetimizin qorunması və ekoloji problemlər haqqında gənclərə məlumat verilməsidir. IDEA bu işə tələbələri cəlb etmək üçün ölkənin ali təhsil müəssisələrində təqdimatlar keçirir.
Qeyd edək ki, IDEA Kampaniyasına 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılıb.

Mətbuat və İnformasiya Şöbəsi, 23 oktyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!