Həştərxan Dövlət Universitetinin nümayəndə heyəti BDU-da

06/04/2012

6 aprel 2012-ci il tarixində Həştərxan Dövlət Universitetinin (HDU) nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. HDU-nun Dil və Sahibkarlığın Kommunikativ Strategiyaları İnstitutunun direktoru, professor Olqa Yeqorova və Aqrar fakültəsinin dekanı, professor Semçuk Nadejdanın rəhbərldik etdiyini nümayəndə heyətinin səfərində məqsəd ölkəmizin müvafiq təhsil ocaqları ilə əməkdaşlıq perspektivləri, o cümlədən qarşılıqlı tələbə mübadiləsi imkanlarının müzakirəsi, Azərbaycan dilinin Həştərxan vilayətində təbliği imkanlarının araşdırılması idi.

Qonaqları qəbul edən Beynəlxalq Əlaqələr və Əməkdaşlıq üzrə prorektor, dosent Şəlalə Məmmədova universitet haqqında ətraflı məlumat verib, onun beynəlxalq əlaqələrindən danışıb.

Görüşdə həmçinin Beynəlxalq Proqramlar şöbəsinin müdiri, dosent Təranə Mahmudova, Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekanı, dosent Nazim Şəmilov, Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə, Biologiya fakültəsinin dekan müavini Yaşar Ömərov  və Beynəlxalq proqramlar şöbəsinin mütəxəssisi Elmira İsmayılova iştirak ediblər. Görüşdə BDU və HDU arasında ikitərəfli əlaqələrin qurulması, gələcəkdə birgə magistr proqramının tərtibatı, tələbə-müəllim mübadiləsi və s. məsələlər müzakirə edilib.

 

İsmayılova Elmira,

Beynəlxalq Proqramlar şöbəsinin mütəxəssisi

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!