«Hüseyn Cavid. Vətənə qayıdış» yazı müsabiqəsi elan olunur

04/09/2014

«Kaspi» qəzeti görkəmli şair və dramaturq Hüseyn Cavidin yaradıcılığı ilə bağlı ədibin həyatı və irsinə həsr olunan bədii, publisistik və elmi məqalə müsabiqəsi elan edir.

Müsabiqəyə yalnız yeni və xüsusi olaraq müsabiqə üçün hazırlanmış məqalələr qəbul edilir.

Məqalələr Azərbaycan dilində elektron variantda müəlliflər tərəfindən şəxsən redaksiyaya təqdim olunmalıdır. Həcm məhdudiyyəti qoyulmur.

Təqdim olunmuş əsərlər münsiflər tərəfindən dəyərləndirildikdən sonra Azərbaycan və Türk dillərində ayrıca kitab kimi nəşr olunacaqdır.

Birinci yer üçün 1500, ikinci yer üçün (iki mükafat) 1000, üçüncü yerə görə (üç mükafat) 700 manat, eyni zamanda hər biri 300 manat olmaqla 10 xüsusi mükafatın verilməsi nəzərdə tutulur.

Müsabiqənin müddəti 1 iyun – 31 oktyabr 2014-cü il tarixlərini əhatə edir.

Əlavə məlumat almaq istəyənlər iş günləri redaksiyaya müraciət edə bilərlər. (Əlaqələndirici şəxs Təranə Məhərrəmova – 510-61-92).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!