Hüquq fakültəsinin müəllimi beynəlxalq tədbirdə iştirak edib

19/12/2017

Niderland Krallığının Haaqa şəhərində Beynəlxalq məhkəmə və tribunallar yanında Müdafiə Şurası Assosiasiyasının “Beynəlxalq cinayətlər: keçmiş, hazırkı və gələcək perspektivlər” devizi altında 2017-ci il üzrə illik iclası keçirilib. Tədbirdə beynəlxalq cinayət tribunalları və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş və hazırkı ittihamçı və hakimləri, bir sıra habelə beynəlxalq cinayət hüququ və prosesi üzrə dünyanın tanınmış alimləri iştirak ediblər. Sözügedən  tədbirdə Bakı Dövlət Universitetini Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının müəllimi Elnur Aslanov təmsil edib.

Tədbirdə beynəlxalq cinayətlərin tərkib hissəsi kimi təcavüz, soyqırım, terrorçuluq, məcburi nikah, cinsi zəmində törədilən cinayətlər, orqan və toxumaların ticarəti və s. əməllər törətmiş şəxslərin mühakiməsi sahəsində beynəlxalq cinayət mühakiməsi mexanizmlərinin fəaliyyəti barədə məlumat verilib. Müxtəlif istiqamətlər üzrə qarşılıqlı müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!