Hüquq fakültəsinin dekanı ikinci dəfə qalib oldu

06/07/2017

Facebook sosial şəbəkəsinin “BDU” səhifəsində “İlin ən yaxşı dekanı” nominasiyası üzrə  ikinci açıq səsvermə keçirilib. “Fakültənin idarə olunmasındakı peşəkarlığına və tələbə kontingenti arasındakı yüksək nüfuzuna görə” keçirilən səsvermə bir ay davam edib. Universitetin tələbə və məzunlarının, eləcə də səhifə istifadəçilərinin iştirak etdiyi səsvermədə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev qalib olub. Mükafatı qalibə layihənin rəhbəri İlqar Quliyev təqdim edib. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri Daşqın Qənbərovun təşkilati dəstəyi ilə keçirilən sosial layihə universitetin 17 fakültəsini əhatə edib.
Onu da qeyd edək ki, “İlin ən yaxşı dekanı” nominasiyası üzrə  səsvermənin ötənilki qalibləri Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov idi.

Mətbuat və informasiya şöbəsi, 06 iyul 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!