Hüquq fakültəsinin beş məzununa BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

01/12/2016

Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa hüququ magistr proqramının növbəti məzunlarına "ikili diplom" verilməsinə həsr olunmuş tədbir keçirilib.

Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində Avropa hüququ ixtisası üzrə yeni magistratura proqramının fəaliyyət göstərdiyini, onun hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Bu ixtisas üzrə tədrisin ingilis və alman dillərində aparıldığını deyən rektor onu da əlavə edib ki, alman tərəfi bu proqramda iştirak edən tələbələr üçün Bakıda intensiv alman dili kursları, Almaniyada isə təcrübə təşkil edir. Eyni zamanda, BDU müəllimləri Vürçburq Universitetində tədqiqat işlərinə qatılır, almaniyalı professorlar BDU-da mühazirə oxuyur, bu ixtisas üzrə təhsil alan tələbələr təhsilinin bir hissəsini Vürçburqda davam etdirir.

 

Proqramın əhəmiyyətindən danışan professor Exard Paxen layihənin reallaşdırılması üçün maliyyə dəstəyinin Almaniyanın DAAD təşkilatı tərəfindən ayrıldığını bildirib və məzunların ölkələrası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edib.

 

BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın həyata keçirilmə prosesindən, onun uğurlu nəticələrindən danışıb. Bildirib ki, bu proqramın artıq üç buraxılışı olub və 18 nəfər məzuna “ikili diplom”lar təqdim edilib. Bu gün daha beş məzuna “ikili diplom”lar təqdim edilib və bununla da məzunları sayı 23 nəfərə çatıb.

Sonra proqramın növbəti məzunlarına, Nərmin Əsədovaya, Nisə Əliyevaya, Malik Ramazanzadəyə, Aysel Kiçikbəyovaya və Nigar Namazlıya “ikili diplom”lar təqdim edilib.


Mətbuat və informasiya şöbəsi, 01 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!