Hüquq fakültəsi SABAH qrup tələbələri qalib olublar

15/12/2017

ELSA (Avropa Hüquq tələbələri Assosiasiyası) Azərbaycan tərəfindən III Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Bakı Dövlət Universitetinin SABAH qruplarının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünqslıq ixtisası tələbələrinin yarımfinal və final mərhələləri keçirilib.
I yerin qalibləri Bakı Dövlət Universiteti SABAH qrupları hüquqşünaslıq ixtisasının IV kurs tələbələri Pәrvanә Allahverdiyeva və Cavid Abdürrәhmanov, II yerin qalibləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbələri Pakizә Süleymanova və Turan Xәlәfov, III yerin qalibləri isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs magistr tələbələri Nahid Abbaslı və Namiq Әlixanov olublar. Qaliblər pul mükafatı və sertifikatlarla təltif olunublar. Artıq üçüncü dəfədir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasını təşkil edən ELSA Azərbaycan bu sahədə hüquq tələbələrinin inkişafına şərait yaradır.

Mətbuat və informasiya şöbəsi, 15 dekabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!