Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistika tarixi” adlı kitabı çapdan çıxıb

20/09/2012

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistika tarixi” adlı kitabı çapdan çıxıb. Dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək  olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilir.

Dərslik universitetlərin jurnalistika fakültəsinin, filologiya fakültəsinin və humanitar fakültələrin jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Mətbuat və informasiya şöbəsi, 20 sentyabr 2012-ci il.


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!