“Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda respublika elmi konfransı keçirilib

11/05/2017

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, elm və təhsil sahəsinə qayğısından bəhs edib. Bildirib ki, ulu öndər digər sahələrlə yanaşı, kitabxana işinə də yüksək qiymət verib, bu sahənin inkişafı üçün bir sıra mühüm addımlar atıb.
Sonra Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Abuzər Xələfov “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda məruzə edib. Alimin məruzəsi maraqla dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.
Elmi konfrans işini bölmə iclaslarında davam etdirib. 4 bölmədə ümumilikdə 35 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 11 may, 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!