Heydər Əliyev Mərkəzinin elan etdiyi yazı müsabiqəsində BDU-nun magistrantı Ayşən Sadıqlı III yerin qalibi olub

03/07/2013

İyunun 22-də Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində mart-aprel ayları ərzində müəllimlər, gənclər, jurnalistlər, əcnəbi fotoqraflar və rejissorlar arasında müxtəlif mövzular üzrə elan etdiyi müsabiqələrin qaliblərinin mükafatlandırılma mərasimi olub. Müsabiqələr gənclər arasında “Azərbaycanımla fəxr edirəm”, müəllimlər arasında “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm”, jurnalistlər arasında “Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti”, “Azərbaycan - beynəlxalq layihələrin təhlükəsiz ünvanı”, “Azərbaycan xarici siyasətinin prioritetləri”, rejissorlar arasında Azərbaycanı tanıtım videoçarxları və əcnəbi fotoqraflar arasında “Azərbaycan əcnəbilərin gözü ilə” mövzularında keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbir iştirakçılarını salamlayıb və öz çıxışında mərkəzin fəaliyyətindən, müsabiqələrin əhəmiyyətindən danışıb və qalibləri təbrik edib. Heydər Əliyev Mərkəzi tərəfindən gənclər arasında elan edilmiş “Azərbaycanımla fəxr edirəm" adlı yazı müsabiqəsinin nəticələrinə görə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə I kurs magistrantı, fakültə TEC-in sədri Ayşən Əsəd qızı Sadıqlı 3-cü yerin qalibi olub. Ayşən Sadıqlıya diplom, planşet və digər hədiyyələr təqdim olunub. Müsabiqələrdə fərqlənənlərə də həvəsləndirici mükafatlar verilib. Tədbirin sonunda mərkəzin direktoru A.Ələkbərov qaliblərlə xatirə şəkili çəkdirib.

Onu da qeyd edək ki, A.Sadıqlı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 5 elmi-praktik konfransda uğurla çıxış edib, diplom və sertifikatlara layiq görülüb, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ali məktəb tələbələri arasında keçirilmiş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı məqalə müsabiqəsində II yerin qalibi olub. (http://press.bsu.edu.az/az/news/bdunun_magistrant_mn_fxr_edirm_ki_mn_azrbaycanlyam_adl_mqal_msabiqsind_ii_yerin_qalibi_olub)

Bildirək ki, jurnalistlər arasında elan olunan «Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti», «Azərbaycan – beynəlxalq layihələrin təhlükəsiz ünvanı», «Azərbaycanın xarici siyasətinin prioritetləri» mövzularında yazı müsabiqəsinin qalibləri isə belə olub: 1-ci  yer Bəhruz Nəzərov - Yurd TV, 2-ci  yer Qvami Rəsulov - “Zaman-Azərbaycan” qəzeti, 3-cü yer Samirə Quliyeva - Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAc. Bütün qalibləri təbrik edirik.

Mətbuat və informasiya şöbəsi, 07 iyul 2013-cü il.



 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!