“Heydər Əliyev irsini öyrənirik” adlı intellektual yarış

07/04/2015

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Heydər Əliyev irsini öyrənirik” adlı intellektual yarışa start verilib.

Bakı Dövlət Universitetində keçirilən açılış mərasimində layihə rəhbəri, VI qrant müsabiqəsinin qalibi Kamil Şəmiyev layihənin mahiyyəti və intellektual yarışın qaydaları barədə məlumat verib.

Bildirib ki, Heydər Əliyev irsini öyrənirik” intellektual yarış layihəsi ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini gənclər tərəfindən daha dərindən öyrənilməsi və gənclərin intellektual inkişafına xidmət etmək məqsədi daşıyır.

Daha sonra yarışın birinci mərhələsi başlayıb.

Bakı şəhərinin müxtəlif ali məktəblərindən qatılmış 200-ə yaxın tələbə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən suallara cavab verərək biliklərini sınayıblar.

Xatırladaq ki, intellektual yarış Yasamal rayon Gənclər və İdman idarəsi,  Xəzər İntellektual oyunlar klubu,  BDU İntellektual oyunlar klubu, BDU Tələbə Gənclər Təşkilatı və YAP Yasamal GB ilə birgə həyata keçirilir.

Mətbuat və informasiya şöbəsi, 07 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!