“Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda Respublika Elmi Konfransı keçirilib

02/05/2013

Bu gün Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin BDU-nun Elmi kitabxanası ilə birgə təşkil etdiyi, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda Respublika Elmi Konfransı keçirilib. Konfransın plenar iclasını giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə açıb. Natiq konfrans iştirakçılarını BDU-nun rektoru, akademik Abel Məhərrəmovun adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra “Heydər Əliyev irsində kitab və kitabxana məslələləri” adlı məruzə ilə BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Abuzər Xələfov çıxış edib.

Respublika Elmi Konfransı işini Kitabxanaşünaslıq, Kitabxana resursları və informasiya axtarış sistemləri, Bibliografiyaşünaslıq və  Kitabşünaslıq bölmələrində davam etdirmiş, ümumən 25 məruzə dinlənilib.

Mətbuat və İnformasiya şöbəsi, 02 may  2013-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!