Heydər Əliyev – BDU-nun seçimi yalnız belədir

24/08/2003

BDU-da prezident seçkilərinə həsr olunmuş toplantı keçirildi
Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş Heydər və İlham Əliyevlərin təbliğat və təşviqat işləri ilə əlaqədar keçirdiyi tədbirlər uğurla davam edir. 
Dünən bülə tədbirlərdən biri Bakı Dövlət Universitetində keçirildi. Universitetin rektoru Abel Məhərrəmov respublikanın bütün idarə və müəssisələrində olduğu kimi, BDU-da da qarşıdan gələn prezident seçkiləri ilə bağlı təşkil olunmuş bu tədbirin əhəmiyyətindən danışdı. “BDU Azərbaycan dövlətinin barometridir. Çünki başda Heydər Əliyev olmaqla respublikanın ən böyük şəxsiyyətləri bu Universitetin yetişdirmələridir” deyən A.Məhərrəmov hamını Azərbaycan xalqının bir nömrəli lideri və onun siyasi kursunun davamçısı, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edə bilən İlham Əliyevə səs verməyə çağırdı. 
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov isə Heydər və İlham Əliyevlərin Azərbaycan dövlətinə əvəzsiz xidmətlərindən danışdı. 
Prezidentliyə namizəd Heydər Əliyevin vəkili akademik Fuad Qasımzadə dövlət başçımız Heydər Əliyevin uzun illər Azərbaycana rəhbərliyindən və bu dövrdə onun gördüyü işlərin əhəmiyyətindən, nəticələrindən bəhs etdi. 
Milli Məclisin deputatı Siruz Təbrizli YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş ata və oğulun təkcə daşıdıqları Əliyev soyadında birləşmədiklərini bildirdi. Onun sözlərinə görə, hər iki lideri bir edən daha çox onların məqsəd və ideyalarının eyni olmasıdır.  
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, BDU-nun kafedra müdiri Vasim Məmmədəliyev çıxış edərək, bu gün Azərbaycan xalqının öz tarixinin ciddi mərhələsini yaşadığını bildirdi. 1969-cu ildən üzü bəri Azərbaycanda görülmüş bütün işlərin Heydər Əliyev adı ilə bağlı olduğunu bildirən natiq qeyd etdi ki, Azərbaycan xalqı 15 oktyabr prezident seçkilərində səs verməklə öz gələcək taleyini həll etmiş olacaq. 
Millət vəkili Asya Manafova prezidentliyə namizədliyi irəli sürülmüş Heydər Əliyevin vəkili kimi çıxış edərək, əvvəlcə dünya şöhrətli siyasətçinin müəllimlərinə öz dərin təşəkkürünü bildirdi. Azərbaycan imzasını dünyaya tanıtdıran, nəhəng dövlətləri respublikamızın iqtisadiyyatına cəlb edən dövlət başçımız Heydər Əliyevin xidmətlərindən bəhs etdi. 
Tələbələrin adından hüquq fakültəsinin magistri Günay Salmanova çıxış edərək, dövlət başçımız Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən misallar gətirdi. Əmək haqlarının artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən geniş məzmunda çıxış edən G.Salmanova bütün tələbələrin bir nəfər kimi yalnız bu iki liderə səs verəcəyini vurğuladı.

“Yeni Azərbaycan” qəzeti, 24 sentyabr 2003-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!