Hankuk Xarici Dillər Universitetinin rektoru BDU-da olub

04/10/2012

Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru, ispan ədəbiyyatı üzrə alim Çul Park və bu ali təhsil ocağının xarici əlaqələr üzrə dekanı, xarici dillər fakültəsinin professoru Tae Yeonb Janq Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə məlumat verib.

Rektor Abel Məhərrəmov Koreyanın ölkəmizi müstəqil dövlət kimi tanıyan ilk respublikalardan biri olduğunu qeyd edib, ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib, əməkdaşlığın inkişafına hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin töhfə verdiyini bildirib.
Artıq 2007-ci ildən universitetdə Koreya dili və ədəbiyyatının tədris olunduğunu diqqətə çatdıran rektor Abel Məhərrəmov həmin ixtisas üzrə 38 tələbənin təhsil aldığını deyib, universitetdə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin iki ölkə arasındakı dostluq və əməkdaşlığın inkişafında rolundan danışıb, tədqiqatçı və doktorantların mübadiləsinin, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımın, seminar və konfransların təşkilinin maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakının vacibliyini vurğulayıb.
Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Park ölkələrimiz arasındakı elm, təhsil əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib. Çul Park, həmçinin rəhbərlik etdiyi ali təhsil ocağının Mərkəzi Asiyada ilk olaraq Azərbaycan-türk dillərinin tədrisi kafedrasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qonaq iki ali təhsil ocağı arasında tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını da vurğulayıb.
Koreyalı qonaqlar daha sonra BDU-da yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 04 oktyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!