Görkəmli ədib, alim və pedaqoq Mir Cəlal Paşayevin barelyefinin açılışı olmuşdur

27/04/2008

Aprelin 26-da Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının və elminin inkişafında böyük xidmətləri olan görkəmli yazıçı, alim və pedaqoq, professor Mir Cəlal Paşayevin vaxtilə rəhbərlik etdiyi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının önündə barelyefinin açılışı olmuşdur.
Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, zəngin ədəbi irsinin əhəmiyyətindən, şəxsiyyətinin böyüklüyündən danışmışdır. O, 40 ildən çox Bakı Dövlət Universitetində çalışmış, 1961 – 1978-ci illərdə bu ali məktəbin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş professor Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr verdiyini, alimin şərəfli ömür yolunun nəsillərə layiqli örnək olduğunu vurğulamışdır.
Sonra iştirakçılar kafedranın iş otaqları ilə tanış olmuşlar.
Tədbirdə M.C.Paşayevin oğulları – akademik Arif Paşayev və professor Hafiz Paşayev, nəvəsi, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva iştirak etmişlər.

“Xalq qəzeti”,  27 aprel 2008-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!